Sionist rejim iki fələstinli qardaşı həbs edib
Qüdsü işğal etmiş rejimin qüvvələri «Bir-əs-Səba» əməliyyatını həyata keçirmiş şəxsin qardaşlarından ikisini həbs ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, dünən gecə «Bir-əs-Səba» rayonunda keçirilən şəhadətsevər əməliyyatda dörd sionist qəsəbə sakini öldürülüb.
Əməliyyat Əlnəqəb sakinlərindən və ömürlərinin dörd ilinii sionist rejim məhbəslərində keçirmiş/ azad olunmuş fələstinli əsirlərdən olan Məhəmməd Qalib Əbu Əl-Qiyaan tərəfindən həyata keçirilib.
Fələstinli mediaların bildirdiklərinə görə, bu müqavimət əməliyyatının icraçısı sionist rejim hərbçilərinin atəşlərilə şəhid olub.
Əl-Məyadin telekanalının bu gün səhər verdiyi məlumata əsasən, Qüdsü işğal etmiş rejimin qüvvələri «Bir-əs-Səba» əməliyyatı icraçısının qardaşlarından ikisini həbs ediblər.
Sionist rejimin kəşfiyyat xidmətləri tam hazır vəziyyətə gətiriliblər.
Digər tərəfdən, müxtəlif fələstinli qruplar bu əməliyyatı yüksək qiymətləndirib və onu, fələstinlilərin qəsb olunmuş ərazilərdən zorla köçürülmələrinə və onlara qarşı cinayətlərə bir cavab adlandırıblar.