Təl-Əviv fələstinli əsirlərin tələblərinə boyun əydi
Fələstinli əsirlər və azadələr cəmiyyətinin ictimai əlaqələr şöbəsinin müdiri təsdiq edibdir ki, sionist rejim məhbəslərinin müdiriyyəti fələstinli əsirlərin bütün tələblərinə təslim olub.
Fələstinli əsirlərin informasiya ofisi bildirib ki, sionist rejim məhbəslərinin müdiriyyəti ömürlük həbs cəzasına məhkum edilmiş əsirlərin hər altı aydan bir köçürülmələri barədəki qərarı ləğv edib.
Fələstinli əsirlərin məsələləri üzrə təşkilatın sədri Qədri Əbu-Bəkr sionist rejimin fələstinlilərin tələbləri qarşısında təslim olmasına reaksiyada deyib: Əsirlər hərəkatı öz müqaviməti və birliyi ilə sionist qəsbkarlara əsl dərs verməyi bacardı.
Əbu-Bəkr bildirib: Biz yeni bir tənlik və gerçəklik qarşısında durmuşuq. Belə ki, əsirin mövqeyinə hər hansı xələlin gətirilməsi, əslində bütün qrup və təşkilatları ilə əsirlik hərəkatına qarşı xələlin gətirilməsi deməkdir.
Fələstin milli əsirlik hərəkatı isə belə vurğulayıb: Sionist düşmən əsirlər məsələsinin Fələstin xalqı üçün nə qədər mühüm olduğunu dərk etdikdən sonra özünün bütün tədbirlərindən geri çəkilməyə məcbur oldu.