Britaniya və ABŞ-da anti-sionist yəhudi ravvinlər Qüds Gününü qeyd ediblər
"Naturi Karta" Anti-İsrail Hərəkatının üzvü olan pravoslav yəhudi ravvinlər cümə günü London və Nyu-York küçələrində Fələstin bayrağını dalğalandıraraq, Ümumdünya Qüds Gününü dəstəkləyib və qeyd ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Londonda iştirakçılar üzərinə İsrail əleyhinə şüarlar yazılmış və Fələstin bayrağı asılmış üstü açıq bir avtobusda şəhərin müxtəlif bölgələrindən keçərək, Qüdsün azad edilməsinə və Fələstin amalına öz dəstəklərini bildiriblər.
Avtobus İngiltərə baş nazirinin ofisi qarşısından keçərkən yəhudi ravvinlər Fələstin bayrağını ddalğalandırıblar və "İsraili boykot edin" şüarı səsləndiriblər.
"Naturi Karta" Anti-İsrail Beynəlxalq Təşkilat da bir bəyanatda deyib: "Biz məzlum Fələstin xalqı ilə tam həmrəy olduğumuzu bildirir və sionistlərin onlara qarşı törətdiyi bütün cinayətləri tamamilə pisləyirik".
"Artıq 74 ildir ki, Fələstin xalqı haqsız yerə didərgin salınıb, zülmə məruz qalıb, öldürülüb və talan edilib; Bu qanunsuz işğal bu gün də davam edir", - deyə təşkilatın bəyanatında qeyd olunub.