İyul 02, 2022 11:08 Asia/Baku
  • BMT: Qəzzədə vəziyyət fəlakətlidir

Birləşmiş Millətlər Təşkilatı cümə günü açıqladığı hesabatda Qəzza zolağındakı vəziyyəti fəlakətli adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, sionist rejim Qəzzə zolağını mühasirəyə alıb və yanacaq, qida, dərman və tikinti materialları kimi əsas malların bu əraziyə daxil olmasına mane olur.

BMT-nin işğal olunmuş Fələstin ərazilərində Humanitar İşlər üzrə Koordinasiya Ofisi (OCHA) cümə günü bildirib ki, Qəzzə zolağının blokadası bu bölgədə yoxsulluq və işsizlik səviyyəsini ən yüksək həddə çatdırıb, Fələstin iqtisadiyyatını məhv edib Qəzzə əhalisinin 50 faizinin beynəlxalq yardıma ehtiyaclı olmasına səbəb olub.

Bu hesabatda "OCHA" BMT Təhlükəsizlik Şurasının 1860 saylı qətnaməsinə uyğun olaraq, Qəzzə zolağındakı blokadanın aradan qaldırılmasının zəruriliyini vurğulayıb.

BMT daha əvvəl Qəzzə zolağının humanitar fəlakətlə üzləşdiyini və artıq yaşayış yeri olmadığını bildirmişdi.

Qəzzə zolağının bir neçə il sionist rejim tərəfindən mühasirəyə alınması bu bölgədə ac insanların sayını və ərzaq qıtlığını artırıb. O dərəcədə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı "FAO" öz hesabatlarında bununla bağlı narahatlıq ifadə edib.

"Dünya Ərzaq Proqramı" da dəfələrlə bəyan edib ki, sionist rejimin siyasətləri ucbatından Qəzzə zolağı və İordan çayının qərb sahilində aclıq və yoxsulluq minlərlə fələstinlinin həyatını təhdid edir.

Teqlər