Yan 28, 2023 21:05 Asia/Baku
  • HƏMAS: BƏƏ və Türkiyənin Qüds əməliyyatı ilə bağlı bəyanatı təəssüf doğurur

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS sözçüsü Hazim Qasim Birləşmiş Ərəb Əmirlikləri və Türkiyənin Xarici İşlər Nazirliklərinin işğal altındakı Qüdsdə cümə günü həyata keçirilən əməliyyatla bağlı bəyanatını pisləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyənin Xarici İşlər Nazirlikləri bəyanat yayaraq, cümə günü axşam saatlarında Qüdsün şimalında 7 sionistin ölümü və 10 nəfərin yaralanması ilə nəticələnən şəhadətsevərlik əməliyyatını pisləyiblər.

HƏMAS-ın sözçüsü Hazim Qasim mətbuata açıqlamasında deyib: "Birləşmiş Ərəb Əmirlikləri və Türkiyənin Xarici İşlər Nazirliklərinin Qüdsdəki qəhrəmancasına əməliyyatı terror aktı kimi təsvir etməsi təəssüf doğurur, çünki bu, müstəmləkəçi və işğalçı sionist rejimin və ABŞ-ın istifadə etdiyi eyni təsvirdir".

O, vurğulayıb ki, əsl terrorçu Fələstin torpağını işğal edən və xalqımıza qarşı hər gün qırğınlar törədən işğalçı rejimdir. Xalqımızın işğala qarşı müqavimət göstərmək və onun cinayətlərinə cavab vermək hüququ var və bu, beynəlxalq hüquqda qanuni məsələdir".

Qeyd edək ki, dünən, cümə günü axşam Şərqi Qüdsdə "Nəbi Yaqub" məhəlləsində Xeyri Əlqəm adlı bir fələstinli gəncin açdığı atəş nəticəsində 7 sionist qəsəbə sakini həlak olub, 10 nəfər isə yaralanıb. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğ bildirilir. 

Bu hücum elə bir halda həyata keçirilib ki, sionist rejimin işğalçı qüvvələri ötən cümə axşamı Cenin düşərgəsinə hücum edərək, 11 Fələstin vətəndaşının şəhid olması və ən azı 20 fələstinlinin yaralanması ilə nəticələnən yeni bir cinayət törədiblər.

Və maraqlıdır ki, bütün bu cinayətlərə baxmayaraq, Azərbaycan Respublikası sionist rejimi dəstəkləyib. 

Teqlər