Mart 08, 2023 19:37 Asia/Baku
  • Sionistlər yenidən Əl-Əqsa məscidinə hücum ediblər

Bir sıra sionist qəsəbə sakini sionist rejim hərbçilərinin dəstəyi ilə yenidən Məscidül-Əqsaya hücum ediblər.

Əl-Əqsa məscidi demək olar ki, hər gün sionist qəsəbə sakinləri tərəfindən hücumların və bu məscidin fələstinli müdafiəçiləri ilə işğal olunmuş Qüds şəhərinin sakinləri arasında kütləvi qarşıdurmanın şahidi olur.

"Səma" xəbər agentliyinin məlumatına görə; Onlarla sionist qəsəbə sakini bu gün səhər saatlarında sionist rejim polisinin ciddi təhlükəsizlik tədbirləri ilə Əl-Əqsa məscidinə hücum edərək, bu müqəddəs məkanda təxribat xarakterli hərəkətlərə əl atıblar. 

"Əl-Əhd" xəbər portalı da bildirib ki, sionist qəsəbə sakinləri tərəfindən Əl-Əqsa məscidinə hörmətsizliklə eyni zamanda işğalçı rejimin polis qüvvələri də Əl-Əqsa məscidində ibadət edənlərə hücum edib, orada axtarış aparıblar.

Sionistlərin bu hərəkəti elə bir haldadır ki, dünən axşam saatlarında sionist rejim hərbçiləri Cənin şəhərinə və bu şəhərin düşərgəsinə hücum edib, onlarla müqavimət qüvvələri arasında şiddətli toqquşma baş verib. Bu toqquşmalarda altı fələstinli sionist rejim hərbçilərinin atəş açması nəticəsində şəhid olub, 26 nəfər isə yaralanıb.

İşğal olunmuş ərazilərdə ifrat sağçı hökumətin işə başlaması və Netanyahunun kabinetində daxili təhlükəsizlik naziri "İtamar Ben Qvir" və maliyyə naziri “Bezalel Smotriç” kimi ekstremist nazirlərin iştirakı ilə sionistlərin Fələstin xalqına, xüsusən də müqavimət qüvvələrinə qarşı təzyiqləri və cinayətləri şiddətlənib.

Bu hadisələrdən sonra bir çox İslam ölkələri sionistlərin cinayətlərini pisləyib və bu cür birtərəfli hərəkətlərin dayandırılmasını tələb ediblər.

Teqlər