Fələstinli qruplar Şərmülşeyx iclasını pisləyiblər
Qəzzədə aksiya keçirən fələstinli qruplar Şərmülşeyx təhlükəsizlik iclası ilə qətiyyətli müxalifətə təkid ediblər. Onlar bu iclası sionist rejimin Fələstin xalqına qarşı cinayətlərini ört-basdır etmək üzrə vasitə adlandırıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Qəzzədəki fələstinli qruplar vurğulayıblar ki, Fələstin xalqı və onun müqaviməti nəyin bahasına olursa-olsun, Fələstin amalını aradan götürmək üzrə planları uğursuzluğa düçar edəcəkdir.
Şərmülşeyx təhlükəsizlik iclasının keçirilməsi fonunda qeyd edək ki, Fələstin xalqı qəsbkar rejimə və onun günü-gündən artan cinayətlərinə qarşı geniş döyüşə başlayıb. Fələstinlilər bu iclasla müxalifət barədə fikir birliyinə malikdirlər və onu Benyamin Netanyahu hökumətinə bir hədiyyə adlandırırlar; özü də bu hökumətin fələstinlilərə və onların müqəddəslərinə qarşı əsl müharibə saldığı bir halda.