Ərəb Liqası sionist rejimə xəbərdarlıq etdi
Əl-Əqsa məscidinə hücumun təhlükəli nəticələri olacaq
Apr 25, 2023 20:27 Asia/Baku
Ərəb Dövlətləri Liqası sionist rejimin müsəlmanların və xristianların müqəddəs məkanlarına, xüsusən də Əl-Əqsa məscidinə qarşı davam edən təcavüzünün təhlükəli nəticələri barədə xəbərdarlıq edib.
SəhərAzəri-nin məlumatına görə, Ərəb Liqasının Fələstin və işğal olunmuş ərazilər üzrə baş katibinin müavini Səid Əbu Əli vurğulayıb ki, sionistlərin müsəlmanların və xristianların müqəddəs məkanlarına, xüsusən də Əl-Əqsa məscidinə qarşı törətdikləri artan cinayətlərin nəticələrinin tam və birbaşa məsuliyyəti sionist rejimin üzərinə düşür.