May 03, 2023 16:57 Asia/Baku
  •  900 fələstinli sionistlər tərəfindən həbs edilib

Fələstinli Məhbusların Araşdırma Mərkəzi yaydığı hesabatda sionistlərin aprel ayı ərzində 900 fələstinlini həbs etdiyini açıqlayıb.

SəhərAzəri-nin məlumatına görə, Fələstin Məhbusları Araşdırma Mərkəzinin hesabatına əsasən, aprel ayında 120-si uşaq və 17-si qadın olmaqla 900 fələstinli sionist qüvvələr tərəfindən həbs edilib.

Bu hesabata əsasən, sionist hərbçilər tərəfindən həbs edilmiş 660 nəfər işğal olunmuş Qüdsdən və yerdə qalan məhbuslar Fələstinin digər bölgələrindəndir.

Bu hesabat əlavə edir ki, mübarək Ramazan ayının ortalarında sionist qüvvələrin Əl-Əqsa məscidinə hücumu zamanı 65 fələstinli gənc həbs edilib.

Həmçinin bildirilir ki, sionist rejim fələstinlilərə qarşı 265 inzibati həbs qərarı verib.

2022-ci ildə sionist hərbçilər İordan çayının qərb sahil və işğal olunmuş Qüdsdə yeddi minə yaxın fələstinlini həbs edib ki, onlardan 3 mini işğal altında olan Qüdsdəndir.

 

Teqlər