May 25, 2023 19:02 Asia/Baku
  • İslam Əməkdaşlıq Təşkilatı Fələstinin işğal olunmuş Qüds üzərində suverenlik hüququna təkid edib

İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsi Ərəbistanın Ciddə şəhərindəki mənzil qərargahında sionistlərin Əl-Əqsa məscidinə gündəlik basqınları ilə bağlı təcili iclas keçirib və iclasın sonunda Fələstinin işğal olunmuş Qüds üzərində suverenlik hüququna təkid edib.

SəhərAzəri-nin məlumatına əsasən, İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin yekun bəyanatında deyilir: "Mübarək Əl-Əqsa məscidi bütün ərazisi ilə birlikdə müsəlmanların pak ibadət yeridir və Qüds Vəqfləri və Əl-Əqsa Məscidi işləri İdarəsi onun bütün işlərini idarə etmək üçün müstəsna səlahiyyətə malik olan qanuni orqandır".

Təşkilat həmçinin vurğulayıb ki, "İşğalçı dövlət olan İsrailin işğal altındakı Qüds şəhəri və onun İslam və Xristianların müqəddəs yerləri üzərində heç bir hüququ və suverenliyi yoxdur".

Bəyanatda əlavə edilib: "İsrailli" bir nazirin Məscidül-Əqsaya hücumu və onun müqəddəsliyini pozması ən sərt şəkildə pislənilən təxribatçı addımdır və beynəlxalq hüququn və Qüdsdəki tarixi və hüquqi status-kvonun və onun müqəddəsliklərinin kobud və qəbuledilməz pozulması və təhlükəli eskalasiyadır.

Təşkilat öz bəyanatında beynəlxalq ictimaiyyəti, o cümlədən Təhlükəsizlik Şurasını işğalçı dövlət olan qondarma İsraili Fələstin xalqına qarşı hücumlarını və beynəlxalq hüquq normalarını pozmasını dayandırmağa məcbur etmək üçün təsirli addımlar ataraq dərhal onu dayandırmağa çalışmağa çağırıb.

İştirakçılar həmçinin sionist rejim kabinetinin Məscidül-Əqsada Əl-Bəraq səhninin altındakı tunellərdən birində iclas keçirməsini qətiyyətlə pisləyib, bu cür təxribatçı və qeyri-qanuni hərəkətlərin absurd olduğunu və heç bir hüquqi qüvvəyə malik olmadığını vurğulayıblar.

İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsi Ciddədəki iclasının yekun bəyanatında Təhlükəsizlik Şurası və Birləşmiş Millətlər Təşkilatını məskunlaşmanın genişləndirilməsi və Əl-Əqsadakı mövcud hüquqi və tarixi statusun dəyişdirilməsinə yönəlmiş bütün tədbirlər də daxil olmaqla, pozuntularını dayandırmaq üçün "İsrail"ə təzyiq göstərməyə çağırıb və bütün təxribatçı və qanunsuz əməllərinə görə işğalçı rejimin məsuliyyət daşıdığını bildirib.

İştirakçılar daha sonra beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələrinə, habelə iki dövlətli həll yoluna əsaslanan hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaq üçün səylərin aktivləşdirilməsinin zəruriliyini vurğulayıblar.

Təşkilat sionist rejimin Məscidül-Əqsaya və fələstinlilərə qarşı təxribatçı və təcavüzkar basqınını pisləyən, ölkələrin mövqeyini yüksək qiymətləndirib.

Qeyd edək ki, sionist rejim cari həftədə cinayətlərinin davamı olaraq, Əl-Əqsa məscidinə hücum etməklə yanaşı Əl-Bəraq divarının altındakı tunellərdə ifratçı kabinetinin iclasını keçirməklə təxribatçı hərəkətlərə əl atıb, həmçinin Nablusun şərqindəki "Bəlatə" düşərgəsinə hücum edərək, üç fələstinli gənci şəhid edib, bir neçə nəfəri isə yaralayıb.

Digər bir hərəkətdə və Qüdsün yəhudiləşdirilməsi və Fələstin torpaqlarından ayrılması və işğal olunmuş ərazilərə ilhaq edilməsi siyasətlərinin davamında bazar günü səhər Netanyahunun kabineti işğal olunmuş Qüdsdə sionist qəsəbələrin salınması planına razılıq verib.