Nablusun cənubunda sionistlərə qarşı əməliyyat keçirilib:
2 sionist əsgər yaralanıb
Sionist rejimin mediası bazar ertəsi gecə Nablusun cənubunda Həvarə qəsəbəsində iki sionist hərbçinin avtomobil ilə yurularaq, yaralandığını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, "İRNA"nın məlumatına görə, əməliyyatın icraçısı sağ-salamat məkanı tərk edib və sionist rejim ordusu hadisə ilə bağlı araşdırmalara başlayıb.
Bildirilir ki, bu hərəkət sionist rejimin 2 yaşlı fələstinli uşağı şəhid etməsi cinayətinə cavabdır.
İki yaşlı fələstinli uşaq Məhəmməd Heysəm Əl-Təmimi sionistlərin atəşi nəticəsində şəhid olub.
Bu fələstinli uşaq Ramallahın "Nəbi Saleh" kəndinin sakinlərindəndir.
İki gün əvvəl sionist rejim hərbçilərinin hücumu zamanı, o, sionist ünsürlərin güllələri ilə ağır yaralanıb və bu gün şəhid olub.
Sionist qəsəbə sakinləri bazar günü gecə Nablus şəhərinin şimal-qərbində yerləşən "Bərqə" qəsəbəsinə də hücum edərək, avtomobilləri dağıdıb, fələstinlilərin evlərinə basqın ediblər.
Fələstin Qızıl Aypara Cəmiyyəti Bərqa qəsəbəsindəki hücumlarda 59 fələstinlinin yaralandığını bildirib.