Cinayətkar sionist qüvvələrin hücumu nəticəsində onlarla fələstinli yaralanıb
Sionist qüvvələrin İordan çayının qərb sahilində yaşayış məskənlərinin dağıdılmasına qarşı etirazlara hücumu nəticəsində onlarla fələstinlinin yaralanıb.
Xəbərlər cümə günü gecə saatlarında sionist qüvvələrin İordan çayının qərb sahilində yaşayış məskənlərinin dağıdılmasına qarşı etirazlara hücumu nəticəsində onlarla fələstinlinin yaralandığını bildiriblər.
Qeyd edək ki, sionist rejim hər gün müxtəlif bəhanələrlə məzlum Fələstin xalqına qarşı cinayətkar əməllərində onların şəhid olmasına, yaralanmasına və həbs edilməsinə səbəb olur. Əlbətdə fələstinlilər də bu cinayətlərə susqun qalamamış, anti-sionist əməliyyatlar həyata keçirərək bu təcavüzə cavab vermişlər.
Məlumata görə, sionist qüvvələr fələstinlilərin Qəlqiliyə, Beyta, Bərqə, Qaryot, Beyt Decan şimalında və İordan çayının qərb sahilinin mərkəzində sionist rejimin yaşayış məntəqələrinə qarşı etirazçılara hücum ediblər.
Sionist qüvvələrin Qalqilyanın şərqində yerləşən Kəfr-Qədum bölgəsindəki keçirilmiş etirazlara qarşı hücumunda 6 fələstinli güllə yarası almış, onlarla insan isə, gözyaşardıcı qazdan zəhərlənmişlər.
Ümmü Səfa qəsəbəsində yaşayış məskənlərinə qarşı keçirilən nümayişdə bir fələstinli səs bombası ilə yaralanmış, onlarla insan isə döyülərək xəsarət almışdır.
Oxşar qarşıdurmalar Nablus əyalətinin Beyta, Beyt Decən, Qaryot və Bərqə şəhərlərində də baş verib, cinayətkar İsrail ordusu odlu silahlardan və gözyaşardıcı qaz bombalarından istifadə etmişlər.