Sionist rejimin təhlükəsizlik orqanları hazır vəziyyətə gətiriliblər
https://azeri.sahartv.ir/news/fələstin-i403670-sionist_rejimin_təhlükəsizlik_orqanları_hazır_vəziyyətə_gətiriliblər
Sionist rejimin təhlükəsizlik orqanları müqavimət qüvvələrinin raket hücumları qorxusundan hazır vəziyyətə gətiriliblər.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Sen 19, 2023 12:33 Asia/Baku
  • Sionist rejimin təhlükəsizlik orqanları hazır vəziyyətə gətiriliblər

Sionist rejimin təhlükəsizlik orqanları müqavimət qüvvələrinin raket hücumları qorxusundan hazır vəziyyətə gətiriliblər.

Sözügedən orqanlar xüsusən tətillərdən sonra Qəzzə zolağındakı Beyt-Hanun sərhəd keçidindən raket atışının yenidən başlanması ehtimalı ilə öz təhlükəsizlik sistemlərini hazır vəziyyətə gətiriblər.

Sionist rejim başçıları dörd gündür, Beyt-Hanun keçidini bağlayıblar. Onlar fələstinlilərin, o sıradan xəstələrin keçidinə icazə vermirlər.

Qəsbkar sionist hərbçilər dünən Qəzzənin şərqindəki sərhəd zolağında fələstinli aksiyaçıları atəşə tutublar. Nəticədə altı nəfər yaralanıb.

Sionist rejimin təhlükəsizlik orqanlarının hazır vəziyyətə gətirilmələrinin fonunda qeyd edək ki, yerli mənbələr ötən şənbə günü Qəzzədəki müqavimət qruplarının öz hərbi bacarıqlarının genişlənməsi və yüksəlməsinin bir hissəsini sərgiləmək üçün bu bölgədən dənizə tərəf azı bir raket atdıqlarını xəbər vermişdilər.