Okt 08, 2023 19:17 Asia/Baku

HƏMAS-ın hərbi qolu, müqavimətin dəniz piyadalarının uğurlu əməliyyatla işğal olunmuş ərazilərə sızdığını açıqlayıb.

Fələstin İslami Müqavimət Hərəkatının hərbi qolu olan İzzəddin Qəssam Briqadaları, "Əl-Əqsa Tufanı" əməliyyatının ilk anlarında müqavimətin dəniz piyadalarının beş qayıqla işğal altındakı Aşkelonun cənub sahillərində uğurlu əməliyyat keçirdiyini və bir neçə bölgəni nəzarət altına aldığını açıqlayıb. 

Açıqlamaya görə, müqavimət döyüşçüləri sionist əsgərlər arasında ağır itkilərə səbəb olublar.

Əl-Qəssam bildirib ki, müqavimət döyüşçüləri bu gün səhər döyüşən qüvvələrə kömək etmək və onların texnikasını gücləndirmək üçün işğal olunmuş ərazilərə daxil olmağa müvəffəq olublar.

Teqlər