Sionist rejimin fələstinlilərə qarşı hücumlarında şəhid olanların sayı artıb
Sionist rejimin Qəzə zolağı və qərb sahilinə qarşı hücumlarında indiyədək yeddi yüz səksən səkkiz fələstinli şəhid olub. Onların əksər hissəni qadın və uşaqlar təşkil edirlər.
Bu xəbəri verən Fələstin səhiyyə nazirliyi həmçinin bildiribdir ki, sözügedən hücumlarda indiyə kimi dörd min yüz nəfər də yaralanıbdır.
«Əl-Əqsa tufanı» əməliyyatının dördüncü gününün başlanması ilə, sionist ordu «Qelaf Qəzzə» bölgəsini tam nəzarətə aldığını iddia edib.
Digər tərəfdən, sionist rejim ordusu «Əl-Əqsa tufanı» əməliyyatında öldürülmüş hərbçiləri və zabitlərinin yeni siyahısını yayıb. Beləliklə, bu əməliyyatda öldürülmüş sionist hərbçilərin sayı, yüz iyirmi dörd nəfərə yüksəlib.
Sionistlərin işğal olunmuş ərazilərin cənub və şimal bölgələrindən mərkəzi bölgələrə tərəf qaçmlarının davam etdiyi bir şəraitdə, əsas ticarət mallarının satın alınması rasionlaşdırılıbdır.
Sionist rejimin on ikinci telekanalı bildiribdir ki, Livan sərhədinə yaxın qəsəbələrdə sionsitlərin doxsan faizi öz evini tərk edib və cənuba tərəf qaçıbdır. Yalnız hərbi və təhlükəsizlik qüvvələri bu bölgədə iştirak edirlər.