Okt 15, 2023 12:54 Asia/Baku
  • Əmir-Abdullahyan: Fələstin xalqının sionistlərə vurduğu zərbə misilsiz idi

İran İslam Respublikasının xarici işlər naziri Fələstin müqavimətinin qələbələrini təbrik edərək, sionistlərə vurulan zərbəni alqışlayıb.

Hüseyn Əmir-Abdullahiyan şənbə günü axşam Dohada Həmas-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyə və bu hərəkatın bir sıra liderləri ilə görüşdə deyib: “Sionistlərin Qəzzə əhalisinı qarşı törətdikləri hərbi cinayətlərin həcmi böyükdür, çünki onlar Fələstin xalqından misli görünməmiş zərbə alıblar”.

Görüş zamanı Fələstin və Qəzzədə baş verən son hadisələr müzakirə edilib və fikir mübadiləsi aparılıb.

İranın xarici işlər naziri Fələstin məsələsinin əvvəllər olduğu kimi İslam dünyasının ən mühüm məsələsi olduğuna diqqət çəkərək, Fələstinə dəstək vermənin dini, insani və mənəvi bir məsuliyyət olduğunu qeyd edərək deyib ki, bu gün bütün müsəlmanlar, möminlər və azad insanlar məzlum Fələstinin yanında olmalıdırlar.

O, sionistlərin Qəzzənin məzlum əhalisinə qarşı vəhşicəsinə hücumlarının dayandırılması üçün İran İslam Respublikasının regional və beynəlxalq məsləhətləşmələrdə göstərdiyi səylərə toxunaraq, bildirib: “Biz sionist rejimin hərbi cinayətləri ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin XİN başçılarının fövqəladə iclasının keçirilməsini təklif etmişik, səylərimizi davam etdirəcəyik və İslam ölkələrinin Fələstin xalqına dəstək verən hər bir təşəbbüsünü dəstəkləyəcəyik”.

İran İslam Respublikasının xarici işlər naziri sonra Fələstin xalqının öz təşəbbüsü ilə Əl-Əqsa Tufanı əməliyyatının layihələndirilməsi və həyata keçirilməsinə toxunaraq bildirib ki, bir çox ekspertlərin fikrincə, Əl-Əqsa Tufanı bəzilərinin yanlış təsəvvürünün əksinə olaraq Fələstinin yaşadığını göstərdi. Bəzi ölkələrin normallaşma yolunu tutması fələstinlilərin iradəsinə xələl gətirə bilməz.

 Əmir-Abdullahiyan deyib ki, İran İslam Respublikası Fələstin xalqını dəstəkləməkdə heç vaxt öz prinsip və dəyərlərindən geri qalmayacaq.

O əlavə edib: “Əl-Əqsa əməliyyatı Fələstin xalqının ifratçı Netanyahu hökumətinin davamlı cinayətləri və təxribatçı hərəkətlərinə, xüsusilə sionistlərin Məscidül-Əqsaya təkrar hücumlarına təbii reaksiyası idi. Və sionist rejimin hərbi cinayətləri Qəzzədə davam edərsə, regionda hər cür ehtimal mümkündür”.

 

Teqlər