Avropa Şurası rəhbərinin terrorçu İsrailə dəstək verməsi qınaq obyektinə çevrildi
İrlandiya Fələstinin müdafiəsinə qalxdı
Okt 15, 2023 13:10 Asia/Baku
İrlandiyalı deputat Fələstinə görə Avropa İttifaqına etiraz edib.
İrlandiyanın Avropa Parlamentindəki təmsilçisi Kler Deyli Avropa Şurasının rəhbəri Ursula fon der Layenin İsrailə dəstək verməsinə etiraz edib və ona öz iradlarını bildirib.
“Siz özünü kim hesab edirsiniz? Siz bu vəzifəyə seçilməmisiniz və Aİ-nin xarici siyasətini müəyyən etmək səlahiyyətinə malik deyilsiniz. Avropa İsrailin tərəfində deyil. Biz sülh tərəfdarıyıq, siz isə bizim adımızdan danışa bilməzsiniz, əgər deyəcək konstruktiv bir şeyiniz yoxdursa, susun!”, deyə irlandiyalı deputat sərt şəkildə Avropa Şurasının sədrinə etiraz edib.