Müqavimət qüvvələri Təl-Əvivə qarşı yeni raket hücumları keçiriblər
https://azeri.sahartv.ir/news/fələstin-i404489-müqavimət_qüvvələri_təl_Əvivə_qarşı_yeni_raket_hücumları_keçiriblər
Əl-Qəssam batalyonları dünən gecə bildirdilər ki, sionist rejimin cinayətlərinin davam etməsinə cavab olaraq, Təl-Əviv şəhərini onlarla raketlə hədəfə alıblar.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Okt 15, 2023 10:16 Asia/Baku
  • Müqavimət qüvvələri Təl-Əvivə qarşı yeni raket hücumları keçiriblər

Əl-Qəssam batalyonları dünən gecə bildirdilər ki, sionist rejimin cinayətlərinin davam etməsinə cavab olaraq, Təl-Əviv şəhərini onlarla raketlə hədəfə alıblar.

Fələstin müqavimət qüvvələri həmçinin Təl-Əvivin cənub-şərqində yerləşən Əl-Ludd şəhərinin hava limanını,/ Əşdud və Əsqəlanı raket hücumları hədəflərinə çeviriblər.

Digər tərəfdən, Əl-Qəssam batalyonları bildiribdir ki, «Əl-Əqsa Tufanı» əməliyyatında əsir alınmış və sionist rejimin Qəzzəyə qarşı hava hücumlarında öldürülmüş sionist hərbçilərdən birinin cəsədini uçqunlar altından çıxarıblar.

Belə bir halda, sionist rejim radiosu xəbər veribdir ki, Suriya ərazisindən işğal olunmuş Cövlana tərəf bir ədəd raket atılıbdır.