Təl-Əvivə kütləvi hücum: Dəmir Qübbə bacarmır
Sionistlərin havadan müdafiə sistemi Azərbaycandan çıxarılır
Dəmir Qübbə fələstinli mübarizlər tərəfindən atılan raketlərin öhdəsindən gələ bilmir. Xunta rejimi aciz duruma düşüb
Fələstinli mübarizlər Təl-Əviv də daxil olmaqla, bir neçə şəhərə kütləvi raket hücumu təşkil ediblər.
Bu barədə “Yerusəlim Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, Rehovot qəsəbəsinə bir neçə mərmi düşüb. Raketlərdən biri elektrik xəttini zədələyib və Dəmir Qübbə raketlərin bir çoxunu zərərsizləşdirə bilmir.
Bu arada Dəmir Qübbə adlı hava hücumundan müdafiə sistemlərinin yararsız olması üzə çıxarkən ABŞ-ın İsraildən aldığı Dəmir Qübbəni geri göndərdiyi xəbər verilir.
Pentaqon bundan öncə aldığı Dəmir Qübbə raketdən müdafiə sistemlərinin iki batareyasını İsrailə ötürmək planını təsdiqləyib.
Pentaqon sözçüsü Patrik Rayder deyib: “Hazırda əlimizdə olan iki Dəmir Qübbə raketdən müdafiə sistemini də İsrailə ötürməyi planlaşdırırıq”.
Qeyd edək ki, sionist media bunu belə əsaslandırır ki, guya ABŞ-ın İsraildən aldığı Dəmir Qübbə sistemləri HƏMAS-la müharibəyə görə geri qaytarılıb.
Digər tərəfdən Dəmir Qübbənin real müharibədə yararsız olmasının ifşa edilməsindən şoka düşən qondarma İsrail rejimi özünü rüsvayçı vəziyyətdən xilas etmək üçün Azərbaycan Respublikasına satdığı Dəmir Qübbələri bu ölkədən çıxarmağa başlayıb.
Fars Xəbər Agentliyi bu barədə etibarlı mənbələrə istinadla xəbər verir ki, İsrail rejimi Azərbaycana satdığı “Dəmir Qübbə” raket komplekslərini geri almağa başlayıb.
Məlumata əsasən, böyük həcmdə reaktiv yaylım atəşi sistemlərinin öhdəsindən gələ bilmədiyi üçün İsrail Azərbaycana gətirilən “Dəmir Qübbə” raket sistemini və xüsusi sursatları geri qaytarır.
Xatırladaq ki, Azərbaycan Respublikası sionist rejimdən Dəmir Qübbə aldığını rəsmən təsdiqləməsə də, məşhur israilli hərbi eksperi Tsvi Ariyelli Ordu.az-a verdiyi müsahibədə bəyan edib ki, onda olan məlumata əsasən, Azərbaycan artıq İsraildən “Dəmir Qübbə”ni alıb.