Okt 29, 2023 12:35 Asia/Baku
  • Erməni deputat Rusiyaya etbiar etmədiklərini deyir

“Biz Avropa platformasını danışıqlar üçün əlverişli hesab edirik”

Ermənistan hökuməti Avropa platformasını Azərbaycanla müzakirələr üçün kifayət qədər əlverişli hesab edir.

Bunu parlamentin hakim “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan Brüssel görüşün oktyabrın sonunda baş tutmaması ilə bağlı suala toxunaraq deyib.

O bildirib ki, Brüssel səfəri ləğv edilib, lakin Ermənistan tərəfi bir daha Avropa platformasında görüşməyə hazırdır.

Erməni deputation sözlərinə görə, Azərbaycanla Avropa platformasında bir neçə mərhələdə mühüm razılaşmalar əldə edilib və rəsmi İrəvan yaxın gələcəkdə Avropa platformalarında yeni görüşlərin təşkil olunmasını gözləyir.

 

Teqlər