Okt 31, 2023 19:52 Asia/Baku
  • ŞABAK-ın keçmiş rəhbəri Netanyahunun istefasını tələb etdi

Sionist Kəşfiyyat və Daxili Təhlükəsizlik Təşkilatının (ŞABAK) keçmiş rəhbəri xunta rejimin baş naziri Binyamin Netanyahuya ciddi tənqid atəşinə tutuaraq onun dərhal istefasını tələb edib.

Yoal Diskon Netanyahunu sionistlərin ictimai fikir rəyini azdırdığını və ötən 7 oktyabr məğlubiyyətinə görə məsuliyyətdən yayınmaq üçün müxtəlif hiylələrdən istifadə etdiyini deyib. O, xunta rejimin baş nazirinin bu işlərdə mahir biri olduğunu iddia edib.

 

Qeyd edək ki, Discon-un bu atəş dolu tənqidləri Netanyahunun “X” sosial şəbəkəsindəki yazısından sonra dərc edilib. Xatırladaq ki, Netanyahu, xunta rejimin təhlükəsizlik qurumlarını oktyabrın 7-də Fələstin müqavimət döyüşçülərinin “Əl-Əqsa Tufanı” əməliyyatını öncədən müəyyən edə bilməməkdə və ona qarşı tədbir görməməkdə günahlandırmışdı.

Netanyahu geniş tənqidlərdən sonra sözügedən paylaşımı silmək məcburiyyətində qalmış və açıq şəkildə üzr belə istəmişdi.

Bu arada “Əl-Əqsa tufanı əməliyyatı 26-cı gününü yaşayır və müqavimət döyüşçülərinin qürürverici uğurları hələ də davam etməkdədir. Sərayal Qüds qüvvələrinin sözçüsü də sionist rejimə qarşı qazanılmış uğurlardan xəbər verib. Müqavimətə qarşı Qəzzə əməliyyatının uğursuzluğundan qorxan Benyamin Netanyahunun Baş nazirlikdən istefaya getmə təzyiqlərin göstərildiyi bir vaxtda isə, o istefaya getməyəcəyini deyib.

 

 

Teqlər