İşğalçı rejimin soyqırımı əməliyyatı barədə proqnoz
Hizbullah: İsrail Qəzzə bataqlığından sağ çıxmayacaq
Livan Hizbullahının İcraiyyə Şurasının sədri Əqsa tufanı əməliyyatından sonra sionist rejimin hərbi və kəşfiyyat baxımından tamamilə dağıldığını bildirib.
Seyid Haşim Səfiyuddin sionist rejimin Qəzzəyə quru hücumunda qəti şəkildə məğlub olduğunu vurğulayaraq deyib: “Əqsa tufanı əməliyyatından sonra müşahidə olunanlar, sionist rejimin hərbi və kəşfiyyat baxımından tamamilə parçalandığını göstərir.
Onun sözlərinə görə, Livan Hizbullahı HƏMAS-ın yüksək kəşfiyyat qabiliyyətinə malik olmasından məmnundur. “Bizim xəbərlərimiz var ki, Amerika və bəzi qərb ölkələrinin Qəzzədə qabaqcıl və hərtərəfli kəşfiyyat xidmətləri var, lakin bütün bu xidmətlər Həmas tərəfindən məğlub edilib. Biz Mücahid qardaşlarımızla qürur duyuruq”, - deyə Hizbullah rəsmisi vurğulayıb.