Bəhreyn parlamenti: İsraillə iqtisadi əlaqələri kəsirik
https://azeri.sahartv.ir/news/fələstin-i405046-bəhreyn_parlamenti_İsraillə_iqtisadi_əlaqələri_kəsirik
Bəhreyn parlamenti sionist rejimin Qəzzə zolağına davam edən bombardmanları və günahsız fələstinliləri qətlə yetirməsi səbəbindən bu ərəb ölkəsinin Təl-Əvivlə iqtisadi əlaqələrini kəsdiyini elan edib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Noy 02, 2023 17:07 Asia/Baku
  • Bəhreyn parlamenti: İsraillə iqtisadi əlaqələri kəsirik

Bəhreyn parlamenti sionist rejimin Qəzzə zolağına davam edən bombardmanları və günahsız fələstinliləri qətlə yetirməsi səbəbindən bu ərəb ölkəsinin Təl-Əvivlə iqtisadi əlaqələrini kəsdiyini elan edib.

SəhərAzəri-nin "Əl-Məyadin"ə istinadən məlumatına görə, Bəhreyn parlamenti sionist rejimin Qəzzəyə qarşı davam edən vəhşi cinayətlərinə cavab olaraq, bu ölkənin səfirinin də Tel-Əvivdən geri çağırıldığını vurğulayıb.

Bəhreyn hökuməti hələlik bununla bağlı mövqe tutmayıb.

Bu arada Qəzzənin Səhiyyə Nazirliyi cümə axşamı elan edib ki, indiyədək İsrailin hücumları nəticəsində 3760-ı uşaq və 2326-sı qadın olmaqla 9061 nəfər şəhid olub.