Sionist rejim 24 saat ərzində Qəzzədə 15 əsgərinin öldürüldüyünü etiraf edib
Çərşənbə günü səhər saatlarında işğalçı İsrail ordusu Qəzzə zolağında davam edən döyüşlər zamanı 13 əsgərinin həlak olduğunu etiraf edib. Son 24 saat ərzində İsrail ordusundan ölənlərin sayı 15-ə yüksəlib.
İşğal ordusu Qəzzənin şimalında onların hərbi maşınına atılan idarəolunan raket nəticəsində 9 əsgərinin öldürüldüyünü, 4 əsgərinin isə yaralandığını bildirib.
İşğal ordusu ölən əsgərlərinin adlarını dərc edərək, onlardan altısının elit Givati Briqadasından olduğunu qeyd edib.
Saatlar sonra işğal ordusu ayrı-ayrı bəyanatlarla Qəzzədə toqquşmalar zamanı daha 4 əsgərin öldürüldüyünü açıqlayıb.
Öz növbəsində, işğalçı rejimin müharibə naziri Yoav Qalant Qəzzə döyüşlərində əsgərlərin öldürülməsinin “çətin və ağrılı zərbə” olduğunu bildirib.
Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Übəydə dünən təsdiqləyib ki, Əl-Qəssam döyüşçüləri Zolaqda gedən quru döyüşləri zamanı işğal ordusuna məxsus 24 avtomobili məhv edib.
Əbu Übəydə vurğulayıb ki, Qəssamın müharibə davam etdikcə ortaya çıxacaq bir çox sürprizləri var.