ABŞ xunta rejiminin cinayətlərində ortaqdır
200-cü təyyarə İsrailə yeni hərbi texnika gətirdi
Dek 07, 2023 11:52 Asia/Baku
ABŞ cinayətlərdə ortaqlıq nümayiş etdirir, sionist İsrailə hərbi texnika daşıyan 200-cü təyyarə gəlib.
Bu barədə işğalçı rejimin hərb nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbi əməliyyatlar başlayandan bəri İsrail ABŞ-dan 10 min ton hərbi texnika alıb.
Məlumatda qeyd olunub ki, İsrail Müdafiə Nazirliyi və ordu Qəzzə zolağında əməliyyatın məqsədlərinə nail olmaq üçün optimal əməliyyat imkanlarını təmin etmək üçün çalışır.
Beləliklə də sionistlər ümid edirlər ki, ABŞ-ın birbaşa hərbi dəstəyi ilə nəyəsə nail olacaqlar, halbuki hazırda döyüş müydanında Müqavimət söz sahibidir və təcavüzkar rejim onun qisasını dinc əhalidən alır; bu isə Təl-Əviv rejimini bütün dünyada qınaq obyektinə çevirib.