Fələstinli əsirlərin diri-diri basdırılmasına çağırış edildi
https://azeri.sahartv.ir/news/fələstin-i406346-fələstinli_əsirlərin_diri_diri_basdırılmasına_çağırış_edildi
Sionist rejim məmuru fələstinli əsirləri insan hesab etməyib və onların diri-diri basdırılmağa layiq olduğunu bildirib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Dek 10, 2023 08:42 Asia/Baku
  • Fələstinli əsirlərin diri-diri basdırılmasına çağırış edildi

Sionist rejim məmuru fələstinli əsirləri insan hesab etməyib və onların diri-diri basdırılmağa layiq olduğunu bildirib.

İngiltərənin “Middle East Eye” xəbər portalının verdiyi məlumata görə, işğal altında olan Qüds merinin müavini Arye Kinq X (keçmiş Twitter) hesabında Qəzzədəki fələstinli əsirlərin fotosunu paylaşıb və onların diri-diri basdırılmasını tələb edib.

Qaniçən rejim yetkilisi yazıb: “Qərar verən mən olsaydım, buldozerlərə bu qarışqaları diri-diri basdırmağı əmr edərdim.”

Fələstinli əsirləri heyvan adlandıran sionist məmur onları diri-diri basdırmağa layiq hesab edib.