"The Telegraph" qəzeti:
“Netanyahunun strategiyası İsraili zəiflədir”
İsrail rejimini yaradan ölkənin keçmiş müdafiə naziri bildirir ki, sionist rejimin baş nazirinin indi izlədiyi taktika bu rejimi zəiflədəcək və HƏMAS-ın mqavimətini dayandıra bilməyəcək.
Britaniyanın keçmiş müdafiə naziri Ben Uollesin "The Telegraph" qəzeti üçün yazdığı məqaləsində bildirir ki, İsrail rejiminin baş naziri Benyamin Netanyahunun taktikası Fələstin-İsrail münaqişəsini daha 50 il qızışdıracaq.
Uolles qeyd edib ki, Netanyahunun səhvi HƏMAS-ın İsrailə hücumunun baş verəcəyini vaxtında bilməməsi olub.
Onun fikrincə, İsrail baş nazirinin metodları HƏMAS-ın müqavimətini dayandıra bilməyəcək.
"Üstəlik, hesab edirəm ki, onun taktikası münaqişəni daha 50 il qızışdıracaq" - deyə o, bildirib və qeyd edib ki, “Netanyahunun strategiyası İsraili zəiflədir”.