Sionist rejim atəşkəs barədə Qətərə təklif verib
İbridilli “Ceruzalem Post” qəzetinin yazdığına görə, İsrail rejimi Qətərin nəzərinə çatdırıbdır ki, qırx sionist əsirin azad edilməsi qarşılığında azı birhəftəlik atəşkəsə hazırdır.
İbridilli medialar sionist rejim kabinetinin Qəzzə zolağında müvəqqəti atəşkəsin bərqərarı və əsirlər mübadiləsi sövdələşməsinin həyata keçirilməsi barədəki təklifinin detallarını yayıblar.
Belə bir halda, Həmas hərəkatı atəşkəsin bərqərarından öncə müzakirələrə girməyə qarşıdır.
Sionist rejimin on üçüncü telekanalı xəbər veribdir ki, bu rejimin baş naziri Benyamin Netanyahunun nazirlər kabineti tanınmış fələstinli əsirlərin azad edilmələri, bəzi bölgələrdən cüzi geriçəkilmə və iki həftədən bir ay müddətinədək atəşkəsin bərqərarı qarşılığında Həmas tərəfindən həbs olunmuş otuz-qırx sionist əsirin azad edilməsinə dair sövdələşmə təklifini verib.
Bəzi məsul şəxslərin sözlərinə görə, bu sövdələşmənin təkmilləşəcəyi və növbəti etapa daxil olacağı təqdirdə, sionist rejim Qəzzə daxilindəki bəzi hərbi hərəkətlərini dəyişdirə bilər.
Digər tərəfdən, Ağ Ev bildiribdir ki, Qəzzədə yeni atəşkəs barədə müzakirələr çox ciddidir və Vaşinqton sionist əsirlərin azad edilmələri üçün təzyiq göstərməkdədir.
İbridilli “Ceruzalem Post” qəzetinin yazdığına görə, İsrail rejimi Qətərin nəzərinə çatdırıbdır ki, qırx sionist əsirin azad edilməsi qarşılığında azı birhəftəlik atəşkəsə hazırdır.