Əmir Abdullahian: " Təl-əvivi! Gerisayıma başla!"- dedi
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian İranın Suriyadakı yüksək rütbəli hərbi məsləhətçisi Briqada generalı Seyid Rəzi Musəvinin şəhadəti münasibəti ilə başsağlığı verdiyi mesajında “Tel-Əviv möhkəmcə gerisayımı gözləsin”-deyib
Məlumatda bildirilir ki, Əmir Abdullahian Suriyada terrorizmlə mübarizə üzrə iranlı müşaviri Briqada generalı Seyid Rəzi Musəvinin şəhadəti ilə bağlı “X “ hesabında onun hörmətli ailəsinə və eləcə də İran və Suriya xalqına başsağlığı vermiş və bu uca məqamlı şəhidin illərcə şəhid Hacı Qasim Süleymaninin silahdaşı olduğunu və regionun təhdidinə çevrilən terrorçu qruplar əleyhinə şücaətli mübarizə apardığını bildirimişdir.
Əmir Abdullahiyan daha sonra xəbərdarlı olaraq “Təl-əviv möhkəmcə gerisayımı gözləsin"-qeydini vurub.