Dek 26, 2023 13:50 Asia/Baku
  • İsrail hər gün 106 uşağı öldürür

İsrail ordusu oktyabrın 7-dən Qəzzə zolağına etdiyi hücumlarda gündə ən azı 106 fələstinli uşağı öldürüb.

Fələstin hökumətinin Qəzzədəki media bürosundan verilən açıqlamada İsrailin Qəzzə zilağına 80 gündür təşkil etdiyi hücumlarda 8 min 500 uşaq və 6 min 300 qadının şəhid olduğu bildirilib.

Açıqlamada, 70 faizi qadın və uşaq olmaqla 7 min nəfərin dağıntılar altında qaldığı və ya itkin düşdüyü qeyd olunub. Həmçinin, xunta rejimin hücumlarında 103 jurnalist həyatını itirib.

Bəyanatda 2,3 milyon əhalisi olan Qəzzə zolağında 1,8 milyon insanın didərgin düşdüyü vurğulanıb.

 

Teqlər