Yan 02, 2024 12:12 Asia/Baku
  • Həmas sionist rejim başçılarının sözlərinə cavab verib

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas, dünən/ sionist rejim başçılarının fələstinlilərin Qəzzədən köçürülmələrinə dair sözlərinə cavab olaraq bir bəyanat yayıb.

Bəyanatda deyilir: İşğalçı faşist hökumət başçılarının, həmçinin Ben-Qvirin fələstinlilərin Qəzzədən köçürülmələri və orada sionist qəsəbənin yaradılmasına dair son terrorçu sözləri həyata keçməyəcək bir xülyadır.

Sionist rejimin daxili təhlükəsizlik naziri İtamar Ben-Qvir dünən bu rejimin Qəzzə zolağına qarşı hərtərəfli hücumuna işarə ilə, deyib: Hazırkı müharibə, fələstinlilərin köçürülmələri və Qəzzə sakinlərinin digər ölkələrə mühacirətə sövq etdirilmələri planı üzərində təmərküzləşmək üçün bir fürsətdir.

Belə bir halda, Fələstin muxtariyyəti dünən İngiltərə və sionist rejimin fələstinlilərin Qəzzədən köçürülmələri üzrə şübhəli səylərinə reaksiyada vurğulayıbdır ki, İngiltərə Balfur bəyannaməsini təkmilləşdirmək istəyir.

Fələstin muxtariyyəti Qəzzə əhalisinin köçürülməsinin  İngiltərənin keçmiş baş naziri Toni Bleyrə tapşırılması barədəki hər hansı şübhəli cəhdə qarşı öz kəskin müxalifətini elan edib.

İngiltərə tarixinin biabırçı bəyannamələrindən olan Balfur bəyannaməsi Fələstin ərazisində yəhudilər üçün üzdəniraq milli ölkənin yaradılması üzrə tarixi fon kimi tanınır.

 

Teqlər