Yan 11, 2024 13:30 Asia/Baku
  • HƏMAS və Hizbullahın nüfuzu artıb

ABŞ-dakı “Vaşinqton Araşdırmalar Akademiyası” bir hesabatda müqavimət hərəkatlarının, o cümlədən Livan Hizbullahı və HƏMAS hərəkatının populyarlığının artdığını etiraf edib.

“Əl-Məyadin”-in məlumatına görə, Akademiyanın təhlilində deyilir: “Son sorğulara görə, Livanda Hizbullahın populyarlığı artıb və Livan cəmiyyəti də Fələstinin islami müqavimət hərəkatı HƏMAS-a daha çox dəstək nümayiş etdirib.”

Bu hesabata əsasən, Livan xalqının böyük əksəriyyəti (99 faiz) hesab edir ki, ərəb hökumətləri bu rejimin Qəzzədə hərbi əməliyyatlarına etiraz olaraq sionist rejimlə bütün rabitə kanallarını dərhal bağlamalıdırlar.

Bu sorğunun nəticələri göstərir ki, Livan xristianlarının 54%-i çoxlu sayda fələstinlinin şəhid olmasına və Qəzzədə böyük həcmdə dağıntılara baxmayaraq Qəzzə müharibəsinin Fələstin xalqının, ərəblərin və müsəlmanların qələbəsi olduğuna inanır.

Vaşinqton Akademiyası qeyd edib ki, Livan xalqının ictimai rəyi Amerikaya qarşı əhəmiyyətli dərəcədə dəyişib, onlar Amerikadan uzaqlaşıb, başqa güclərə üz tutublar. Həmçinin, son iki ildə Livanın Amerikaya arxalana bilməyəcəyinə inananların sayı xeyli artıb və onlar hesab edirlər ki, Livanın ticarət ortağı kimi daha çox Rusiya və ya Çinə meylli olması lazımdır.