Cənubi Afrika hökuməti işğalçı rejimin cinayətləri ilə bağlı mövqeyində möhkəm dayanıb
Heç bir şey soyqırıma haqq qazandırmaz
Yan 14, 2024 16:41 Asia/Baku
Cənubi Afrikanın ədliyyə naziri Ronald Lamola, Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdıqları soyqırım iddiasının dinləmələri bitdikdən sonra mətbuata açıqlama verib.
Ölkəsinin sionist İsrailə qarşı Soyqırım Konvensiyasını pozduğu səbəbiylə məhkəməyə müraciət etdiyinə diqqət çəkən Lamola, Qəzzədə İsrailin işğalçı hərəkətlərinin soyqırım olduğunu bildirib.
Lamola deyib: “Hazırda İsrailin icazə verdiyi soyqırım aktlarına heç nə haqq qazandırmır. Heç bir şey soyqırıma haqq qazandıra bilməz.”