Təl-Əvivdə minlərlə insan sionist rejimə qarşı yenidən etiraza qalxdı
https://azeri.sahartv.ir/news/fələstin-i407726-təl_Əvivdə_minlərlə_insan_sionist_rejimə_qarşı_yenidən_etiraza_qalxdı
Təl-Əvivdə minlərlə insan İsrailin baş naziri Binyamin Netanyahunun kabinetinin devrilmsini tələb edən şüarlarla meydanlara axışıb.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Yan 21, 2024 12:03 Asia/Baku
  • Təl-Əvivdə minlərlə insan sionist rejimə qarşı yenidən etiraza qalxdı

Təl-Əvivdə minlərlə insan İsrailin baş naziri Binyamin Netanyahunun kabinetinin devrilmsini tələb edən şüarlarla meydanlara axışıb.

Xəbər mənbələri bildiriblər ki, "israilli" etirazçılar sionist rejimin baş nazirinin evi qarşısında aksiya keçirərək Netanyahu kabinetinin dərhal buraxılmasını və eləcə də Qəzzə zolağındakı israilli girovların dərhal geri qaytarılması üçün HƏMAS-la razılaşmasını tələb ediblər. 

Məlumatda qəzəbli aksiya iştirakçılarının sionist rejimin baş nazirinin iqamətgahına gedən yolu bağladıqları da bildirilib.

Digər tərədfən Netanyahu kabinetindəki artan daxili çəkişmələr haqda “Wala” internet saytı yazıb ki, "Benyamin Netanyahunun mühafizəçiləri bu rejimin müharibə naziri Yoaf Qallantı baş nazirin ofisinə daxil olmasına icazə vermədikdən sonra o, baş naziri Qolani briqadasından istifadə edərək iqamətgahına soxulacağı ilə hədələyib"