Livan Hizbullah Hərəkatı reaksiya verdi
İsrailin hücumları cavabsız qalmayacaq
Fev 15, 2024 18:29 Asia/Baku
Livan Hizbullah Hərəkatının İcraiyyə Şurasının sədri işğalçı İsrail ordusunun Livanın cənubuna olan hücumlarına reaksiya verib.
Seyid Haşim Səfiyuddin şəhidlərin anım mərasimindəki çıxışında sionist İsrailin hücumlarında aralarında uşaqların da olduğu mülki şəxslərin həyatını itirdiyini bildirib.
Bu hücumun cavabsız qalmasının mümkün olmadığını dilə gətirən Səfiyuddin deyib ki, mütləq lazımi və uyğun səviyyədə reaksiya olacaq.
Xatırladaq ki, İsrail ordusu dünən Cənubi Livana qarşı genişmiqyaslı hava hücumu həyata keçirib. İşğalçı qüvvələrin döyüş təyyarələri Livanın cənubundakı Adşit, Əl-Şəhabiyə, Əl-Svane, Cəbşit və Nəbati bölgələrini bombalayıb, bu hücumlarda 4 nəfər şəhid olub, 11 nəfər yaralanıb.