Fev 16, 2024 21:14 Asia/Baku
  •  Müqavimət hərəkatlarının fədakarlıqları uzaqgörənlikdən qaynaqlanır

Livan Hizbullahının baş katibi vurğualyıb ki, müqavimət hərəkatlarının fədakarlıqları reaksiya həddində və müvəqqəti olmayıb,/ hədəflərin tanınması, uzaqgörənlilik və məlumatlılıqdan irəli gəlir.

Seyid Həsən Nəsrullah bu gün komandan şəhidlərin ildönümü münasibətilə söyləyib: Son zamanlar Livanın Əlnabatiyyə və Əlsəvanə bölgələrində baş verən təcavüzlər mülkiləri hədəfə aldı və bu məsələyə diqqət yetirilməlidir.

Düşmən bilməlidir ki, bu məsələdə öz həddini aşıb- deyən Livan Hizbullahının baş katibi bildirib: Düşmənin mülkiləri qətlə yetirməkdə məqsədi, müqavimətə təzyiq göstərmək və onun hərəkətlərini dayandırmaqdır, zira oktyabrın yeddisindən bəri bütün təzyiqlərin hədəfləri, cənub cəbhəsini dayandırmaq olub. Bu qırğına cavab, cəbhələrdə döyüşlərin davam etdirilməsi olmalıdır.

Bizim, həmçinin müsəlman və dünyanın azadlıqsevər xalqlarının məsuliyyətlərindən biri, həqiqətlərin bəyanıdır- deyən Seyid Həsən Nəsrullah söyləyib: Sionist düşmən hətta  oktyabrın yeddisindən bəri rəvac verdiyi yalanları sübut etmək üçün bir qaneedici dəlilə belə, malik deyildir.

Livan Hizbullahının baş katibi vurğualyıb ki, müasir dünyanın şahidi olduğu təfriqə və ikiüzlülük üzrə ən böyük fenomen,/ Amerika hökumətinin Qəzzə zolağı barədəki mövqeyidir.

O, söyləyib: Əgər Birləşmiş Ştatlar hazırda sionist rejimə olan silah və digər dəstəklərini dayandırarsa, Netanyahu istəsə də, istəməsə də, müharibə birbaşa şəkildə dayanacaqdır.

Amerika hazırda İsrail rejimindən daha çox/ Həmas-ı aradan götürməyə israr edir- deyə, Nəsrullah bildirib. Qeyd edib ki, regionda hər bir qan damlasının tökülməsində məsuliyyət daşıyan tərəf, Amerika hökumətidir və sionist rejim başçıları yalnız icra vasitələridirlər.

 

Teqlər