Qəzzə savaşının 142-ci günü;
Olmert: Sionistlərin son məqsədləri, bütün fələstinliləri didərgin salmaqdır
Sİonist rejimin keçmiş baş naziri deyib: Netanyahu hökumətinin son məqsədi, fələstinlilərin qərb sahilindən və Məscidüləqsadan çıxarılmalarıdır.
İhud Olmert Haarets qəzetindəki qeydində yazıb ki: Netanyahu hökumətinin Ben-Qvir və Smotriç kimi ekstremistlərinin son məqsədləri, fələstinlilərin qərb sahilindən və Məscidüləqsadan çıxarılmaları və Fələstin ərazilərinin/ işğal olunmuş ərazilərə- qondarma və saxta İsrail rejiminə ilhaq edilməsidir.
İki min altı və iki min doqquzuncu illərdə sionist rejimin baş naziri olmuş İhud Olmert rüşvət almaq ittihamı ilə iyirmi yeddi aylıq həbs cəzasına məhkum edilmişdi. O, məhkumluq dövrünün on altı ay yarımını keçirdikdən sonra iki min on yeddinci ildə zindandan buraxılıb.
Qəzzə səhiyyə nazirliyi bildiribdir ki, işğalçılar ötən sutka ərzində səkkiz halda qırğın törədiblər. Qəzzə şəhidlərinin sayı qəsbkar rejimin müharibəsi və soyqırımının əvvəlindən bəri iyirmi doqquz min altı yüz altı nəfərə çatıb- deyə, nazirlik əlavə edib.