Fev 10, 2023 21:29 Asia/Baku
  • Kriştiano Ronaldo karyerasında 9-cu pokerə imza atıb

38 yaşlı hücumçu “Əl-Nəsr”in heyətində ilk belə məhsuldar oyununu keçirib.

SəhərAzəri-nin məlumatına əsasən, Portuqaliyalı ulduz Səudiyyə Ərəbistanı çempionatının “Əl-Vəhdə” ilə görüşündə 4 qola imza atıb. O, altı dəfə “Real”da, iki dəfə Portuqaliya millisində, bir dəfə “Əl-Nəsr”də poker müəllifi olub.

Bütün qolları özün vuran Ronaldo 21, 40, 53 və 61-ci dəqiqələrdə fərqlənib. Beləliklə, onun "Əl-Nəsr"də qollarının sayı 5-ə çatıb.

Qeyd edək ki, "Əl-Nəsr" 37 xalla 1-ci sıradadır.