Azərbaycan İsveçi məğlub edib
Bakıda Azərbaycan və İsveç milli komandaları arasında AVRO-2024-ün seçmə mərhələ oyunu keçirilib. Azərbaycan komandası qələbə qazanıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 21:00-da start götürüb.
Oyunda hesabı 3-cü dəqiqədə Emin Mahmudov açıb - 1:0.
6-cı dəqiqədə isə Renat Dadaşov qonaqları məyus edib - 2:0. Birinci hissə bu hesabla başa çatıb.
İkinci hissədə, 89-cu dəqiqədə Emin Mahmudov daha bir qol vuraraq hesab arasındakı fərqi artırıb - 3:0. Oyun bu hesabla başa çatıb.
Beləliklə, Azərbaycan yığması tarixində ilk dəfə Skandinaviya təmsilçisini məğlubiyyətə uğradıb və bu nəticə ilə İsveçlə xallarının sayını bərabərləşdirib. Hər iki kollektivin hazırda 7 xalı var.
Qeyd edək ki, Azərbaycan komandası seçmə mərhələdəki sonuncu matçını səfərdə Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.