Siti bir daha Mançester derbisinin qalibi olub
https://azeri.sahartv.ir/news/futbol-i408982-siti_bir_daha_mançester_derbisinin_qalibi_olub
Mançester-Siti futbol klubu İngiltərə premyer-liqasınını iyirmi yeddinci həftəsində yarış cədvəlinə başçılıq edən Liverpul klubunun bir addımlığına çatıb.
(last modified 2024-03-04T07:24:36+00:00 )
Mart 04, 2024 11:23 Asia/Baku
  • Siti bir daha Mançester derbisinin qalibi olub

Mançester-Siti futbol klubu İngiltərə premyer-liqasınını iyirmi yeddinci həftəsində yarış cədvəlinə başçılıq edən Liverpul klubunun bir addımlığına çatıb.

İngiltərə premyer-liqasınını iyirmi yeddinci həftəsinin ən həssas görüşündə dünən Siti və Yunayted klubları Emirates stadionunda keçirilən Mançester derbisində qarşılaşıblar. Oyun üç-bir hesabı ilə Siti-nin xeyrinə qurtarıb.

Bu görüşün fonunda qeyd edək ki, Siti yarış cədvəlinin yuxarısında cədvələ başçılıq etmək üçün Liverpul-la yaxın rəqabət aparır. Yunayted də ötən həftə bu komandanın qələbələr halqasını qıran Fulam klubu qarşısındakı məğlubiyyətdən sonra qələbə yoluna qayıtmağı və iki klubun ilk görüşündəki məğlubiyyətinin intiqamını Old-Trafford stadionunda almağı planlaşdırırdı.

Dünən İngiltərə premyer-liqasında keçirilən digər görüşdə Bornmut klubu öz stadionunda Börnli klubunu iki-sıfır hesabı ilə məğlub edib