"Mançester Yunayted" qələbə çaldı, “Tottenhem” kubokla vidalaşdı
https://azeri.sahartv.ir/news/futbol-i397870-mançester_yunayted_qələbə_çaldı_tottenhem_kubokla_vidalaşdı
“Mançester Yunayted” futbol komandası rəqibini məğlub edərək İngiltərə FA Kubokunun 1/4 finalına yüksəlib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 02, 2023 15:14 Asia/Baku

“Mançester Yunayted” futbol komandası rəqibini məğlub edərək İngiltərə FA Kubokunun 1/4 finalına yüksəlib.

SəhərAzəri-nin məlumatına əsasən, İngiltərə Futbol Liqası Kubokunda "Mançester Yunayted" və "Vest Hem" komandaları üz-üzə gəlib və oyun 3-1 hesabı ilə "qırmızı şeytanlar"ın xeyrinə başa çatıb.

Bu mərhələnin digər oyununda “Şeffild Yunayted” və “Tottenhem” komandaları üz-üzə gəlib və bu oyun 1:0 hesabı ilə “Şeffild”in xeyrinə başa çatması ilə “Tottenhem” kubokla vidalaşmalı olub.