“Perspolis” kubok yarışlarının da qalibi oldu
https://azeri.sahartv.ir/news/futbol-i400421-perspolis_kubok_yarışlarının_da_qalibi_oldu
“İstiqlal” klubunu məğlub edən “Perspolis” komandası ölkə üzrə kubok yarışlarının qalibi olub. Qeyd edək ki, bir müddət öncə bu klub İran premyer liqasını da fəth etmişdi.
(last modified 2024-04-14T09:20:47+00:00 )
İyun 01, 2023 13:24 Asia/Baku

“İstiqlal” klubunu məğlub edən “Perspolis” komandası ölkə üzrə kubok yarışlarının qalibi olub. Qeyd edək ki, bir müddət öncə bu klub İran premyer liqasını da fəth etmişdi.

SəhərAzəri-nin məlumatına əsasən, Kubok yarışlarının finalı “Perspolis” və “İstiqlal” klubları arasında Tehranın “Azadi” stadionunda keçirilib. Görüşün birinci hissəsi “Perspolis”in üstünlüyü ilə başa çatıb: Bir-sıfır.Oyunun ikinci hissəsində “İstiqlal”ın oyunçuları cavab qolu vurublar.

Doxsan dəqiqəlik oyun bir-bir hesabı ilə başa çatıb. Əlavə vaxt təyin edilib. Yüz on beşinci dəqiqədə “Perspolis”in oyunçuları birbaşa zərbə ilə “İstiqlal”ın qapısını hədəfə alıblar: İki-bir.

Görüş elə bu hesabla “Perspolis”in xeyrinə qurtarıb və bu komanda kubok yarışlarının da qalibi olubdur.