İyun 25, 2020 18:47 Asia/Baku
  • Sionist rejimin təhlükəsizlik və hərbi rəsmiləri ilhaq planının icrası ərəfəsində iclas keçirib

Sionist rejimin müharibə naziri fələstinlilərə qarşı yeni fitnə yəni İorda çayının qərb sahilinin 30 faizinin 1948-ci ildə işğal edilmiş ərazilərə ilhaq edilməsi ərəfəsində Silahlı Qüvvələrin Baş Qərargah, MOSSAD və ŞABAK-ın rəhbərləri ilə iclas keçirib.

SəhərAzəri İRİB-ə istinadla xəbər verir ki, İsrail Qəzeti “Yediot Aharonot” yazıb: "Dünən iyunun 24-ü Benni Qantz Baş Qərargah rəisi Avio Kohavi, MOSSAD-ın rəhbəri Yossi Kohen və ŞABAK-ın sədri   Nadaf Ərməğan ilə görüşüb.

Qəzetin yazdığına görə, bu görüşün son müzakirələri “Müharibə Oyunu” adlı manevrə  həəsr olunubdur. Bu manevr neçə gün əvvəl Baş Qərargahın göstərişi əsasında başlayıb və Qərb sahili Və İordan vadisinin ilhaqına qarşı mümkün ssenarilər qarşısında hazırlıql funksiyası daşıyır.

Məlumata əsasən, Benni Qantz görüş iştirakçılarına İlhaq planının hərbi səviyyədə yaxın günlərdə başlayacağını desə də, rəsmilər siyasi müstəvidə ilhaq planının tədricən icra olunacağını söyləyirlər.

 Digər tərəfdən, sionist rejimin xarici işlər naziri Qabi Aşkenazi ilhaq planına qarşı çıxıb və fələstinlilərdən ayırlmağa səbəb olacaq istənilən addımı dəstəklədiyini deyib. Aşkenazi, həmçinin  ABŞ hökuməti ilə koordinasiyanın və qonşularla dialoqun vacibliyini də vurğulayıb.

Qeyd edək ki, sionist rejimin baş naziri Benyamin Netanyahu dəfələrlə Qərb sahilinin 30 faizinin ilhaq edilməsi planının  iyul ayının əvvəlindən reallaşacağını bəyan edib.

 

 

Teqlər