Netanyahuya qarşı kütləvi aksiya keçirilib
İşğal olunmuş Fələstin sakinlərindən minlərlə nəfər müxtəlif şəhərlərdə, o sıradan qəsb olunmuş Qüdsdə aksiya keçirib. Onlar sionist rejimin baş naziri Benyamin Netanyahunun istefaya getməsini tələb ediblər.
SəhərAzəri xəbər veriri ki, əllərində plakatlar tutan sionist aksiyaçılar həmçinin Netanyahunun korrupsiya işlərinə qarşı öz etirazlarını elan ediblər.
Etirazçılar habelə öz şüarlarında sionist rejim hökumətinin koronavirus pandemiyası ilə mübarizə və bu pandemiyanın törətdiyi iqtisadi böhranı yaxşılaşdırma sahələrindəki ləyaqətsizliyini, eləcə də Netanyahunun İordan çayının qərb sahilindən daha çox ərazilərin qəsb edilməsi üzrə planını pisləyiblər.
İşğal olunmuş ərazilər son aylar ərzində dəfələrlə Benyamin Netanyahunun siyasətləri və korrupsiyasına qarşı nümayişlərin şahidi olublar.
Sionist rejim iyulun birində qərb sahilnin 30 faizinin işğal edilmiş ərazilərə qatılması planını icra etməli idi. Amma fələstinlilərin və bir çox ölkənin təzyiqləri, eləcə də İşğal olunmuş Fələstin sakinlərinin müxalifəti ilə bu rejim ilhaq planının icrasını başqa bir zamana saxlamağa məcbur olubdur.
İordan çayının qərb sahilindən bəzi hissələrin işğal edilmiş ərazilərə qatılması planı «əsrin sövdələşməsi» adlı amerikan planın bir hissəsidr.