Leyboristlər partiyasının əsas üzvlərindən biri kənarlaşdırılıb
İngitərədə Leyboristlər partiyasının rəhbəri nadir və proqnozedilməz bir hərəkətdə anti-sionist sözlərinə görə kölgə hökumətinin təhsil nazirini kənarlaşdırıb.
SəhərAzəri xəbər verir, Kir Starmer partiyanın sabiq lideri Ceremi Korbindən fərqli bir rəftarda sionist rejimin diqqətini çəkmək siyasəti ilə partiyanın məsul şəxslərindən olan Rebekka Long-Beylini, partiya rəhbərliyinin təbirincə, anti-semitizm istiqamətində olan mətləbləri yenidən yaydığına görə, vəzifəsindən kənarlaşdırıbdır.
Beyli Korbinin tərəfdarlarından birinin müsahibəsini yenidən yayıb. Onda deyilir ki, qaradərili müttəhimlərin boynuna diz söykəmək metodunu sionistlər Amerika polisinə təlim keçiblər.
Leyboristlər partiyasının bir çox üzvləri Lonq-Beylinin kənarlaşdırılmasından narazılıq və hiddət ifadə edərək, təhdid ediblər ki, əgər bu qərara yenidən baxılmazsa, partiyanı tərk edəcəklər.