İyul 06, 2020 08:45 Asia/Baku
  • Fələstin xalqı ilhaq planına qarşı aksiya keçirib

Minlərlə fələstinli dünən gecə sionist rejimin qərb sahilindən bəzi hissələri işğal olunmuş ərazilərə qatmaq üzrə qərarına etiraz olaraq, Əlxəlil şəhərində aksiya keçirib.

SəhərAzəri xəbər verir, Fələstinlilər bu aksiyada sionist rejimin ilhaq planını pisləyən şüarlar veriblər.

Sionist rejim hərbçiləri də fələstinli aksiyaçıları yatırmaq üçün atəş açmağa, səs bombaları işlətməyə və gözyaşardıcı qaz buraxmağa başlayıblar.

Sionist rejimin baş naziri Benyamin Netanyahu son zamanlar bildiribdir ki, qərb sahilindən bəzi hissələrin işğal olunmuş ərazilərə qatılması üzrə ilhaq planı qarşıdakı aylarda həyata keçiriləcək.

Bu məsələ ABŞ prezidenti Donald Trampın 2020-ci il yanvarın 28-də təqdim etdiyi rasist «əsrin sövdələşməsi» planının bəndlərindən biridir.

«Əsrin sövdələşməsi» planı Amerika hökuməti tərəfindən irəli sürülən yeni bir plandır. Bu plan Fələstin xalqının hüquqlarını aradan götürmək ardıncadır. Plan Ərəbistan daxil olmaqla bəzi ərəb ölkələrinin razılığı və həmkarlığı ilə işlənib hazırlanıbdır.

Dünya üzrə bir çox ölkə, şəxsiyyət, siyasi və dini xadim, xüsusən müsəlmanlar bu planı pisləyiblər.

Amerika sionist rejimin məzlum Fələstin xalqına qarşı cinayətləri və işğalçılıqlarının əsas himayədarıdır.

 

Teqlər