İyul 12, 2020 08:37 Asia/Baku
  • Netanyahunun siyasətlərinə qarşı aksiya

Sionist rejimin sağçı hökumətinin geniş koronavirus epidemiyası ilə mübarizədə Benyamin Netanyahunun baş nazirliyinə olan qeyri-münasib reaksiyası bir daha Təl-Əviv sakinlərinin irimiqyaslı aksiyasına səbəb olubdur.

SəhərAzeri xəbər verir, yerli vaxtla şənbə günü axşamçağı Təl-Əviv sakinlərindən təqribən on min nəfər Rabin meydanına toplaşaraq, Netanyahunu və onun hökumətini işğal olunmuş Fələstində iqtisadi böhranın və koronavirus epidemiyası durumunun ağırlaşmasında əsas müqəssir kimi təqdim edibdir.

Bu istiqamətdə aksiyaçılar Rabin meydanına çıxan əsas küçələri bağlayıblar.

Netanyahunun korrupsiyası ilə mübarizə üçün şüarlar verən aksiyaçıların əllərində, üzərində «Korrupsiya, dələduzluq və əmanətə xəyanət!» şüarı yazılmış plakatlar olubdur.

Təl-Əvivdə gecə yarısınadək davam edən bu nümayişi yatırmaq üçün polis məmurları hərbi vasitələrə əl atıblar.

İşğal olunmuş ərazilərdə sionistlərin iqtisadi vəziyyətə qarşı etirazlarının davam etdiyi bir halda, nazirlər kabinetinin təşkilində Netanyahu ilə koalisiya yaratmış «Ağ və Mavi» partiyası sionist rejimin baş nazirinə qarşı etirazlara dəstək veribdir.

Bu, dalbadal neçənci həftəsonudur ki, Təl-Əviv sakinləri şəhərin mərkəzində Netanyahunun siyastələrinə etiraz edirlər.

Teqlər