Netanyahunun iqamətgahı qarşısında etiraz aksiyası
Sionistlər sionist rejimin baş naziri Benyamin Netanyahunun hökumətinin korrupsiyasına və zəif fəaliyyətinə etiraz olaraq, bir daha aksiya keçiriblər.
SəhərAzəri xəbər verir, bu gün işğal olunmuş Qüdsdə yüzlərlə sionist Netanyahunun korrupsiyasına və pis məişət şəraitinə etiraz olaraq, baş nazirin mənzili qarşısında piket keçirib. Ondan sonra sionist hərbçilər etirazçılara hücum edərək, aksiyaçıları dağıtmağa çalışıblar.
Sionist medialar sionist hərbçilərin etirazçılara qarşı hücumunu kobud hərəkət adlandırıb və bildiriblər ki, bu toqquşmalarda azı on nəfər yaralanıbdır.
Etirazçılar arasında olan sionist rejimin keçmiş müharibə naziri Muşe Yəlun təhlükəsizlik qüvvələrinin sionist aksiyaçılarla bu rəftar tərzinə reaksiyada deyib ki, Netanyahu tənqidçilərin səslərini boğmaq istəyir.
Sionist rejim parlamenti- knesset-də müxalifətin başçısı Yair Lapid də etirazçıların arasına gəlib. O, vurğulayıb ki, polis və baş nazir onlara Netanyahunun iqamətgahı qarşısında etiraz aksiyası keçirməyə haqlarının olmadığını deyə bilməzlər.
Netanyahunun istefası və məhkəmədə mühakimə edilməsini tələb edən etirazçılar bildiriblər ki, yenidən o məkana qayıdaraq, aksiyanı bərpa edəcəklər. Zira onların aksiya keçirməyə icazələri var və polisin bu zorakılığı əsaslandırıla bilməz.
Təl-Əviv sakinləri də dünən Netanyahunun siyasətlərinə və pis məişət şəraitinə etiraz olaraq, küçələrə çıxdılar və bu etirazlar da sionist hərbçilərin müdaxiləsilə zorakılığa çevrildi və bir neçə nəfər yaralandı.