“Yediot Ahronot”: Netanyahu koronavirusdan da təhlükəlidir
Sionist “Yediot Ahronot” qəzeti sionist rejimin baş naziri Benyamin Netanyahuya qarşı bir məqalə dərc edərək, onu təhlükəli bir virus adlandırıb.
SəhərAzəri xəbər verir, “Yediot Ahronot” dərc etdiyi məqalədə Benyamin Netanyahunun nazirlər kabinetinin koronavirus pandemiyası böhranı ilə mübarəzədəki zəif fəaliyyətini tənqid edib və yazıb ki, sionist rejimin məsul şəxsləri koronavirus böhranı işinin həllində uğursuz qalıblar.
“Yediot Ahronot” qəzeti həmçinin tibbi savadı olmayan şəxslərin sionist rejimin səhiyyə nazirliyində vəzifə almalarını tənqid edib və belə vurğulayıb: Koronavirusun yayılması göstərdi ki, Benyamin Netanyahu sionistlər üçün koronavirusdan da təhlükəli bir virusdur.
Bu reportajda sonra deyilir ki, sionistlərin kəskin iqtisadi böhranla üzləşdikləri bir halda, Netanyahu öz korrupsiya işini müdafiə etmək üçün iri məbləğlər xərcləmək ardıncadır.
İşğal olunmuş Qüds sakinlərindən minlərlə nəfər dünən gecə sionist rejimin baş naziri Benyamin Netanyahunun mənzilinin qarşısına toplaşaraq, koronavirus pandemiyasından irəli gələn pis şəraitin və çox sayda korrupsiya işinin olmasına rəğmən, onun hakimiyyətdə iştirakının davam etməsinə etiraz edib.