Sionist rejimi Fələstinin qədim əşyalarını oğurlayır
Fələstin Azadlıq Təşkilatı (FAT) sionist rejimin Fələstinin qədim əşyalarını oğurlamasından bir video yayaraq, bu hərəkəti müharibə cinayəti adlandırıb.
SəhərAzəri İSNA-ya istinala xəbər verir ki, FAT-ın İcraiyyə Komitəsinin üzvü Hənan Əşravi bu gün beynəlxalq ictimaiyyəti vo orqanları, o cümlədən YUNESKO-nu öz məsuliyyətinə əməl etməyə və Fələstin irsini qorumağa çağırıb.
Əşravi deyib: "Bu hərəkətlər sionist rejimin fələstinlilərin sənət əsərlərini sistemli şəkildə talan etmə siyasəti çərçivəsində həyata keçirilir və bu rejimin quldurluq və talançılığının göstəricisidir".
FAT-ın İcraiyyə Komitəsinin üzvü vurğulayıb: "Sionist rejim tarixi məkanları və qədim əsərlərini qanunsuz nəzarətdə saxlamaq və planlı şəkildə oğurlamaqla Fələstinin mövcudluğu, tarixini, sivilizasiyasını və fələstin xalqının kimliyini məhv etməyə çalışır və bu hərəkət müharibə cinayətdir və cəzasız qalmamalıdır.
"Sionist rejim ötən dövrlərdə Fələstinin bir neçə tarixi, qədim və dini məkanlarını hədəfə alıbdır və dəfələrlə Nablo9s vilayətindəki Səbsətiyyə qəsəbəsinə basqın edərək, o bölgənin qədim əsərlərini nəzarətə götürməyə çalışıb", -deyə Əşravi əlavə edib.
Fələstinlilərin qədim əsərlərini dağıtmaq da sionist rejimin Fələstin ərazilərini yəhudiləşdirmək siyasətlərindəndir. Əl-Əqsa Məscidi, Qübbətüs-Səhrə, Ağlama divarı və Müqəddəs məzar kilsəsi bu tarixi abidələrdəndir.